Yeni avtomobil modeli ixtira etmək istəyən 14 yaşlı azərbaycanlı dizayner


Digərləri 22 Yan 2018 07:21:00 360 0

Yeni avtomobil modeli ixtira etmək istəyən 14 yaşlı azərbaycanlı dizayner

Hümbət Kərimli: “İşlərimin tanınması mənə əlavə motivasiya verir”

Hümbət Kərimli: "İşlərimin tanınması mənə əlavə motivasiya verir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Rəsm çəkməyi çox sevir. Bu istedadı ilə hələ lap kiçik yaşlarından diqqət çəkməyi bacarıb. Valideynləri onun istedadını gördükdən sonra bu bacarığını daha da inkişaf etdirməyə çalışırlar. Elə hər şey də oradan başlayır. Müsahibim artıq öz işləri ilə tanınmağı bacaran 14 yaşlı yeniyetmə dizayner Hümbət Kərimlidir.   Qeyd edək ki, H.Kərimli 2004-cü ilin martın 12-də də Bakı şəhərində anadan olub. Hazırda 299 saylı orta məktəbdə oxuyan Hümbət, həm də Fikrət Əmirov adına 6 saylı incəsənət məktəbində təhsil alır. Dizayn və rəsmə olan marağı ilə yanaşı, dərslərini də yaxşı qiymətlərlə oxuyan Hümbət deyir ki, onda bu işə həvəs hələ uşaq yaşlarından yaranıb: "Uşaqlıqdan şəkil çəkməyə böyük marağım olub. Valideynlərim bu marağıma laqeyd qalmadılar. Rəsm çəkməyi çox sevdiyimdən, elə o vaxt bu işin üstünə düşməyə razılıq verdilər. Dörd yaşımdan məni rəsm dərnəyinə yazdırdılar. Burada olduğum müddətdə özümü daha da inkişaf etdirməyə başladım. Elə indi də öz üzərimdə daim işləyirəm. Çünki məqsədinə çatmaq üçün insan daim inkişaf etməlidir. Düzdür, marağım daha çox xarici maşınların şəklini çəkmək, onları dizayn etməkdir. Hətta indidən bu haqda müxtəlif araşdırmalar edirəm. Gələcəkdə Almaniyada bu sahənin ali təhsilini almağı fikirləşirəm. Çünki mənim ən böyük arzularımdan biri hansısa maşın modeli ixtira etmək və ona dizayn verməkdir".


Xəbərə aid fotolar