Stressdən necə uzaq olaq?


Digərləri 22 Yan 2018 06:30:00 373 0

Stressdən necə uzaq olaq?

Psixoloq Nərgiz Süleymanlı: “Evə iş gətirməyin, ailə üzvlərinizə, sevdiklərinizə, dostlarınıza mütləq zaman ayırın”

Psixoloq Nərgiz Süleymanlı: "Evə iş gətirməyin, ailə üzvlərinizə, sevdiklərinizə, dostlarınıza mütləq zaman ayırın" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bəzən həyatda elə hadisələrlə qarşılaşırıq ki, onlar bizi stressə salır. İstər tələbəlik dövründə, istərsə də iş həyatında yaşanan bəzi problemlər, insana psixoloji olaraq təsir edir. Bu da gündəlik həyatımızda stressi artırır. Artıq stress həyatımızın bir parçası olub. Hətta necə adət etmişiksə, "stressdən uzaq qalmaq mümkün deyil" fikrini tez-tez dilə gətiririk. Mütəxəssislər isə məsələyə bizim kimi yanaşmır. Bu zaman problemin həlli nədir? Stressdən necə uzaq qalaq? Bu mövzuda psixoloq Nərgiz Süleymanlıilə həmsöhbət olduq.   Psixoloq deyir k, stress bədənin, beynin həqiqi və ya güman edilən təhlükələrə, dəyişikliklərə reaksiyasıdır. Ortada bir səbəb olmadan stress yaranmır: "Gənclər atıldıqları və qurmağa çalışdıqları həyatlarında stresslə tez-tez qarşılaşırlar. Bir gənc üçün stressi qaçılmaz edə biləcək aktual səbəbləri əsas 2 qrupa ayırırıq. Bunlardan biri fiziki çevrədən qaynaqlanan səbəblərdir, digəri isə psixososial hallarla bağlıdır. Fiziki çevrədən qaynaqlanan stressə qapalı hava, hava kirliliyi, istilik-soyuqluq, radiasiya, gurultulu ortam, psixososiala isə gərgin iş və ya dərs rejimi, işdən çıxarılma və ya iş yerinin bağlanması, iş tapa bilməmək, zamanla yarışmaq, naməlum vəziyyətlərə düşmə, imtahan prosesləri, ciddi xəstəliklər, evlilik və ya boşanma, dərslərin başlaması, məzun olma, ailə üzvlərinin itkisi, hər gün və ya tez-tez yaşadığı tıxac problemi, tələbənin mütəmadi ev dəyişdirməsi, başqa şəhərə və ya ölkəyə köçmək məcburiyyəti və s. səbəbləri aid etmək olar".