İsveçin Malmö şəhərində partlayış baş verib


Dünya 22 Yan 2018 02:45:52 311 0

İsveçin Malmö şəhərində partlayış baş verib

Xəsarət alan olmayıb

İsveçin Malmö şəhərində yerləşən ofis binası yaxınlığında partlayış baş verib.

“Report” xəbər verir ki, hadisə yanvarın 21-i axşam Rozenqord mikrorayonunda, polis məntəqəsi yaxınlığında qeydə alınıb.

"24Malmo" portalı yazır ki, ilkin məlumatlara görə, heç kim xəsarət almayıb.

Partlayışın baş verdiyi binanın fasadı cüzi dağılıb.