Günün qoroskopu: rasionunuzda ciddi dəyişikliklər etməyin


Digərləri 22 Yan 2018 00:01:00 290 0

Günün qoroskopu: rasionunuzda ciddi dəyişikliklər etməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - günün ilk yarısında məntiqli davransanız, sizə kimsə mane ola bilməz. Heç bir real səbəb olmadan problemlər yaratmayın. Bədxahların öhdəsindən gəlmək, onların planlarına mane olmaq çətin deyil. Şayiə yayanlara inanmayın.

Günün ikinci yarısında tərəfdaş və həmkarlarla təmaslarda diqqətli olun. Müzakirələrin məhsuldar olmasına çalışın.

Sevdiyiniz insanla, yaxınlarınızla dil tapın. Xoş ünsiyyət qarşılıqlı münasibətlərə harmoniya bəxş etməklə yanaşı, əlaqələri möhkəmləndirəcək. Müalicəyə başlamaq olar. Çox və yağlı yeməyin.

Buğa - peşəkar fəaliyyət prosesindəki qəfil dəyişikliklər yenilikləri ehtiva edir. Əlavə öhdəliklər götürməli, müxtəlif işlər görməlisiniz. Adi günlərdən fərqli olaraq daha gərgin intellektual fəaliyyət tələb olunur. Aktiv mövqeyiniz bu gün bir sıra problemləri həll etməyə imkan verəcək.

Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərin aydınlaşdırılması və qarşılıqlı iradlar istisna deyil. Emosional olmayın, hisslərə qapılmayın. Səbrli olsanız, dil tapmaq və barışmaq mümkündür.

Axşam saatlarında normal istirahət etməyə çalışın.  

Əkizlər - nigaran və təlaşlı olmayın. İndiyədək əsla fikir vermədiyiniz xırdalıqlar səbr kasanızı daşdıra bilər. Təbdən çıxmayın. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət sizdə qıcıq yarada bilər. Qarşılıqlı anlaşmaya nail olmaq asan deyil.

Günün ikinci yarısında ailə həyatında sakitlik və rahatlıq mühitinin yaradılmasına çalışın. Yaxınlarınızdan biri ilə münasibətlərdə problemlər yaranıbsa, mübahisə istisna deyil. Ötənlərdə baş verən, ən müxtəlif versiyalarda yozumlara səbəb olan məsələni yenidən dartışmağa dəyməz.  

Xərçəng - qarışıq, hadisələrin laübəli olduğu zamandır. Yaşam enerjinizin səviyyəsi artacaq. Amma bununla belə, həmin enerjini qəribə, ekstravaqant şəkildə reallaşdırmayın.

Texnika və alətlərlə çalışanda ehtiyatlı olun.

Günün ikinci yarısında yardım gözləyən insana kömək edin. Məsləhətlə yanaşı, maddi dəstək də pis olmaz. Sevdiyiniz insana qayğı göstərin. Bütün şərtləri araşdırmadan, situasiyaya bələd olmadan irad söyləməyin.

Axşam saatlarında normal istirahət edin.  

Şir - peşəkar fəaliyyət müstəvisindəki uğurlar çalışdığınız kollektivdə həmkarlarınız və ya şəriklərinizlə münasibətlərin durumundan asılıdır. Yalınz öz karyeranız, əlavə gəlir mənbələri barədə düşünməyin.

Praqmat olun, vəziyyəti normal dəyərləndirin.

Ailə üzvləri ilə münasibətləri normal səviyyədə saxlayın. Hətta bu təmasları yaxşılaşdırmağın yollarını arayın. Rasionunuza fikir verin. Tamahkarlıq etməyin, qarınqulu insan təsiri bağışlamayın.

Qız - məqsədləriniz bitkin formada olmalıdır. Hədəfə çatmağın yollarını müəyyənləşdirin. Maraqlı ideyalar olacaq. Problemlərin həllində yeni yanaşma nümayiş etdirin.

Günün ikinci yarısında əhvalınız korlana bilər. İstirahətə, relaksa ehtiyac duyacaqsınız. Orqanizminizə əziyyət verməyin. İfrat yorğunluq əsəb gərginliyinə və emosiyaların tarıma çəkilməsinə səbəb ola bilər.

Axşam saatlarında gəzintiyə çıxın.