Jurnalistləri məhv edən XƏSTƏLİKLƏR


Digərləri 21 Yan 2018 22:50:00 325 0

Jurnalistləri məhv edən XƏSTƏLİKLƏR

Yuxusuz gecələr, saatlarla kompyuter qarşısında işləmək, stress, hazır yeməklərdən çox istifadə etmək.... Jurnalistlərin həyatı kifayət qədər gərgin və yorucudur.

Bəs bu vəziyyət onlarda hansı xəstəlikləri yaradır? Xəstəliklərin qarşısını almaq üçün nə etməli?

Son.az medicina.az-a istinadən bildirir ki, mütəxəssislər jurnalistlərin daha çox əziyyət çəkdiyi, yaxud tutulmağa meyilli olduğu xəstəliklərin adlarını açıqlayıb. Bu xəstəliklərin başında infakt və yüksək təzyiq gəlir.

İnfarkt və yüksək təzyiq - Bu xəstəliyə ən çox rast peşələrdən biri jurnalistikadır. Səbəbi isə jurnalistlərin stresli həyat tərzidir. Türkiyəli kardioloq Ahmet Karabulut ürək xəstəliklərinin səbəbinin həmçinin oturaq iş qrafiki olduğunu bildirib:

"Uzun müddət masa arxasında xəbər hazırlayan müxbirlər kimi soyuq havada sadəcə xəbər tapmaq üçün gözləyən müxbirlər də risk altındadır. Belə jurnalistlər yuxu rejiminə xüsusi diqqət etməlidirlər".

Həkim günlük 30-40 dəqiqə ərzində idmanla məşğul olmaq, hazır qidalardan uzaq durulmasını tövsiyə edir.