Qulaq çirkinin rəngləri nəyi ifadə edir?


Digərləri 21 Yan 2018 22:10:00 404 0

Qulaq çirkinin rəngləri nəyi ifadə edir?

Qulaq çirkinin qulağın kifayət qədər təmizlənilməməsindən qaynaqlandığı güman edilsə də, əslində bu belə deyil.

Deyerler.org xəbər verir ki, qulaq çirki hər bir sağlam qulaqda rast gəlinən bir haldır. Bəs bu qulaq çirkinin rəngləri nəyi ifadə edir?   Yumşaq və solğun sarı Son.az deyerler.org-a istinadən bildirir ki, adətən bu rəngdə olan çirklər, ən çox uşaqlarda rast gəlinir. Uşaqların qulaqlarının böyüklərə nisbətən daha tez-tez çirklənməsi normaldır və sağlamdır. Uşaqların yaşı artdıqca, yaranan qulaq mayesinin miqdarı azalacaq.   Yaş, sarı və yapışqan Demək olar ki, hər bir insanda geniş olaraq rast gəlinən qulaq çirkinin xüsusiyyətidir. Yaş və yapışqan olması, qulaq kanalının yağlanmasını təmin edir. Bu da qurumanın və qaşıntının qarşısını alır.   Tünd və yapışqan Çirkin tünd rəngli olması, bədəndə tərin artdığını göstərir.   Ağ, quru və kövrək Tikə-tikə tökülən qulaq çirki, bədəni az tərli olan insanlarda müşahidə edilir.