Beylikdüzündə Azərbaycan küçəsi və Qarabağ parkının açılması təkliflərinə baxılacaq (FOTO)


Digərləri 21 Yan 2018 21:42:00 221 0

Beylikdüzündə Azərbaycan küçəsi və Qarabağ parkının açılması təkliflərinə baxılacaq (FOTO)

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva İstanbulda Beylikdüzü bələdiyyə başçısı Ekrem İmamoğlu ilə görüşüb.

Bakı. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva İstanbulda Beylikdüzü bələdiyyə başçısı Ekrem İmamoğlu ilə görüşüb. Trend-in məlumatına görə, görüş zamanı Azərbaycanla Türkiyənin bəzi bələdiyyələrinin qardaş bələdiyyələr olduğunu bildirərək, Beylikdüzünün də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda İstanbulda, Beylikdüzündə mərkəzi küçələrdən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə və orada Qarabağ, Xocalı abidəsinin qoyulacağına inandığını deyib və bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Beylikdüzündə Azərbaycan küçəsi və Qarabağ parkının dosta da, düşmənə də önəmli bir mesaj olacağını deyən millət vəkili gənc nəsillərimiz üçün də bu addımın vacibliyini xüsusi vurğulayıb.