Dinimizin nəzərində zəlzələ nədir? Səbəbi nədir?


Digərləri 21 Yan 2018 21:40:00 293 0

Dinimizin nəzərində zəlzələ nədir? Səbəbi nədir?

Muhəmməd ibni Süleyman nəql edir: "İmam Sadiqdən (ə) soruşdum: "Zəlzələ nədir?". Həzrət (ə) buyurdu: "Allahın nişanələrindən biridir".

Soruşdum: "Bəs səbəbi nədir?". Buyurdu: "Allah torpağın damarlarına mələyi məmur etmişdir və torpağı titrətmək istəyən zaman ona əmr edər ki, filan damarı hərəkətə gətirsin. Həmin damar hərəkət edən zaman o damara aid olan torpağın hissəsi titrəyər".   Son.az deyerler.org-a istinadən bildirir ki, hər kəs zəlzələnin nə olduğunu az və ya çox şəkildə bilir. Bilir ki, bu təbii hadisə ardınca dağıntılar və fəlakətlər, ölümlər gətirər. Hər kimin Allaha və axirətə imanı vardır, yaxşı bilir ki, bu dünyada baş verən hər bir hadisənin səbəbləri vardır. Allahın rizası və qəzəbi vardır. Onun riza və qəzəbinin səbəbi də insanların əməlində gizlənmişdir. Ona görə də deyə bilərik ki, zəlzələnin təbii təsirləri olduğu kimi, mənəvi təsirləri də vardır. Bəşər üçün bəla hesab olunur və bu bəlanın əsil səbəbi - günahdır.   Ayətullah Müctehidi Tehrani buyurur: "Yerin titrəməsinin səbəbi - günahların artmasıdır. O ölkədə ki, zina artar, orada Allahın əmri ilə mələk yeri tərpədər".   Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman bu şeylər yayılar, bu şeylər sizin aranızda yer alar:

1. Nə zaman zina yayılar, zəlzələ zahir olar.

2. Nə zaman zəkat verməsələr, heyvanlar ölərlər.

3. Nə zaman hakim məhkəmədə zülm edər, səma öz yağışını saxlayar.