Artıq duz qəbulunun


Digərləri 21 Yan 2018 21:05:00 327 0

Artıq duz qəbulunun

Amerikalı alimlər qidada mütəmadi olaraq həddindən artıq miqdarda duzdan istifadənin bağırsaqların immun sistemində dəyişikliklərə, nəticədə isə insanın koqnitiv funksiyalarının deqredasiyasına yol açdığını müəyyənləşdirib.

Son.az medicina.az-a istinadən bildirir ki, aparılan elmi araşdırma haqqında məqalə "Nature Neuroscience" jurnalında dərc olunub.

Araşdırmanın tapıntılarına görə, natirum-xloriddən normadan artıq istifadə endotial disfunksiyaya yol açır, arterial təzyiqə təsir etməsə belə, beyində qan dövranının zəifləməsinə və koqnitiv pozuntulara səbəb olur,

Yüksək duzlu dieta bağırsaqda T-helper 17 hüceyrələrinin sayını və onların formalaşdırdığı interleykin-17 molekullarının miqdarını əhəmiyyətli dərəcədə artırıb. Müəlliflər qeyd edirlər ki, qan dövranında interleykin-17 molekulunun artımı bu cür zərərli dietanın beynin qan dövranına mənfi təsiri ilə müşahidə olunub.  

Belə bir nəticəyə tədqiqatçılar siçanlar üzərində aparılan sınaqlar və müşahidələrdən sonra gəlib. Alimlər əmin edir ki, əldə olunmuş nəticələr insanlar üçün də keçərlidir. Sınaqlarda  gəmiricilər normal qidalanma şəraitinə qaytarıldıqdan sonra yüksək duzlu dietanın neqativ fəsadları aradan qalxıb.