D vitamini astmadan qoruyur


Digərləri 21 Yan 2018 20:55:00 324 0

D vitamini astmadan qoruyur

İspan alimləri belə qərara gəliblər ki, D vitamini uşaqları astma xəstəliyinin yaranmasından xilas edə bilər.

Araşdırmalar zamanı alimlər təyin ediblər ki, havası tez-tez soyuq və nəm olan şəhərlərdə yaşayan uşaqlar astma xəstəliyinə daha çox meylli olurlar.

Son.az saglamolun.az-a istinadən bildirir ki, D vitaminin 90%-i günəş şüaları altında insan orqanizmində sintez olunur (yaranır) və heç bir qidadan bu vitaminin lazım olan miqdarını almaq mümkün deyil. Bundan əlavə ekspertlər xatırladırlar ki, məhz vitamin D vərəm xəstəliyinin qarşısının alınmasında böyük rol oynayır.

Soyuq ölkələrdə yaşayan insanlara həkimlər tövsiyyə edirlər ki, qida rasionlarına D vitamini tərkibli vitamin və mikroelement kompleksləri əlavə etsinlər və tez-tez isti ölkələrə getsinlər.