Əfqanıstanda otelə hücum: ölənlərin arasında 14ü əcnəbidir


Dünya 21 Yan 2018 20:42:00 247 0

Əfqanıstanda otelə hücum: ölənlərin arasında 14ü əcnəbidir

Əqanıstan Daxili İşlər Nazirliyi Kabildə ""Intercontinental Hotel" otelinə hücum nəticəsində 18 nəfərin ölümünü təsdiqləyib.

Son.az Trend-ə istinadən bildirir ki,  "1TV" telekanalının məlumatına əsasən, həlak olanların arasında 14 nəfəri əcnəbidir.

Əfqanıstanın "Kam Air" aviaşirkətinin nümayəndəsinin sözlərinə görə, hücum zamanı aviaşirkətin 11 əcnəbi əməkdaşı həlak olub, 9-u isə itkin düşüb. Həlak olanlar arasında ukraynalılar və venesuelalılar var.

Qeyd edək ki, 18 saat davam edən silahlıların hücumunun qarşısı alınıb. Hücuma görə məsuliyyəti "Taliban" radikal qruplaşması öz üzərinə götürüb. Hücumda 5 silahlı iştirak edib.