Bakıda 5 əsrə yaxın yaşı olan evlərdə hələ də yaşayış var VİDEO


Digərləri 21 Yan 2018 20:47:00 288 0

Bakıda 5 əsrə yaxın yaşı olan evlərdə hələ də yaşayış var  VİDEO

Beş əsrə yaxın yaşı var, amma hələ də yaşayış evi kimi istifadə edilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Paytaxtın Xəzər rayonu Zirə qəsəbəsi, Qışlaq yaşayış sahəsində yerləşən qədim evlərdən gedir. Kəndin ərazisində 20-dən artıq bu cür "Tağ ev" var. Evlərin divarlarının qalınlığı 80 santimetr, bəzilərində isə 1 metrə bərabərdir.

Tağ şəklində tikilən evlərin bəzilərində indi də yaşayış var. Bu evlərin damı yoxdur. Üzərinə isə yağışdan qorunmaq üçün daşdan əlavə gil də tökülüb. Evlərin üstünə 2-3 ildən bir yenidən gil tökülür ki, yağış suyu içəri keçməsin. Evlərin əksəriyyəti 2 və 3 otaqlı olub.

Keçmişdə heyvanlar insanların yatdığı otaqda bəslənilib.

Heyvanların ot ehtiyatı isə evin yanındakı anbarda toplanılıb. Açıq ot və saman anbarın yuxarı hissəsindəki dəlikdən içəri boşaldılıb.


Xəbərə aid video