Şüvəlanda avtomobil oğrusu ələ keçdi


Digərləri 21 Yan 2018 20:16:00 337 0

Şüvəlanda avtomobil oğrusu ələ keçdi

Bakının Xəzər rayonunda avtomobil oğurlanıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Nadirxan Hüseynov Şüvəlan qəsəbəsi ərazisindən "VAZ-2106" markalı avtomobilinin qaçırıldığını bildirib.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə avtomobil qısa zamanda Qala qəsəbəsi ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə maşını qaçıran şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.