Sərnişinlə dolu avtobus faciədən son anda belə xilas edildi VİDEO


Digərləri 21 Yan 2018 19:18:00 310 0

Sərnişinlə dolu avtobus faciədən son anda belə xilas edildi  VİDEO

Sürücünün sükan arxasında sayıqlığı böyük bir qəzanın qarşısını alıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, içi sərnişinlə dolu mikravtobus sürücünün peşəkarlığı nəticəsində sərnişinlər son anda qəzadan xilas olublar.

Görüntülərin nə vaxt çəkildiyi bilinməsə də, hadisənin rayon yollarından birində qeydə alındığı aydın görünür.

Görüntülər mikroavtobusun ''videoregistrator''u tərəfindən çəkilib. Qarşı hərəkət zolağında tıxac yarandığından sürücülərdən biri səbirsizlik edərək mikravtobusun yoluna çıxır. Saatda təxminən 60-70 kilometr sürətlə hərəkət edən mikravtobusun sürücüsü minik avtomobilini görən kimi avtobusu dərhal sağa doğru çəkir.

Yoldan bir qədər kənara çıxan mikravtobus az qalsın ki, aşa. Amma sürücü diqqətli davranaraq çətin də olsa mikroavtobusu həm toqquşmadan, həm də yol kənarına aşmaqdan qoruyur. Bununla da baş verə biləcək ağır qəzanın qarşısı alınır.