Məşhur fiziklə bağlı ilginc iddia: “Əslində, o, 30 il əvvəl ölüb ...” FOTO


Digərləri 21 Yan 2018 16:55:00 400 0

Məşhur fiziklə bağlı ilginc iddia: “Əslində, o, 30 il əvvəl ölüb ...”  FOTO

2018-ci ilin ilk ayında dünyaca məşhur fizik Stiven Hokinqin 76 yaşı tamam oldu. Lakin ortaya çıxan iddialara görə, məşhur fizik bundan 30 il öncə dünyasını dəyişib.

İddialara görə, məşhur fizik 1985-ci ildə vəfat edib. Daha sonra belə bir məşhur elm adamının önəmli olduğunu düşünən NASA işçiləri Stiven Hokinqin bənzərini ortaya çıxarıb.

Son.az musavat.com-a-a istinadən xəbər verir ki, Stiven Hokinq danışa bilmək üçün xüsusi danışıq aparatından istfadə edir. Bu xüsusi aparat Hokinqin yanağındakı əzələlərin hərəkətətiylə onun hansı cümləni ifadə etməsini göstərir.

Hakinqin öldüyünü düşünən insanlar onun bənzərinin adından yazılanların NASA-ya aid olduğunu düşünür.

Bir çox insanın da bildiyi kimi Stiven Hokinq ALS (Yan amiotrofik skleroz) xəstəliyindən əziyyət çəkir. Hər hansı bir insana bu xəstəliyin diaqnozu qoyulduğu zaman ən çox 5 il yaşayır. Lakin Stivenə bu diaqnoz qoyulduğunda 21 yaşında idi. Söylənilən nəzəriyyələrə inanmayanlar üçün Stiven Hokinq bu xəstəliklə tam 55 ildir ki, yaşayır.

Belə bir diaqnozun qoyulması da Stiven Hokinqin 30 il əvvəl ölməsinə sübut deyil. Tibb tarixində bir çox xəstəliklərlə bağlı insanların yaşaya biləcəyi müəyyən vaxtları təyin edə bilirlər. Lakin zaman-zaman tibbdə söylənilən tarixdən çox yaşayan və yaxud daha tez bir zamanda vəfat edənlər də olub.