Türkiyə Afrin bölgəsində kürd terrorçuların mövqelərinə 153 zərbə endirib


Dünya 21 Yan 2018 13:25:58 269 0

Türkiyə Afrin bölgəsində kürd terrorçuların mövqelərinə 153 zərbə endirib

Əməliyyatlar qurudan və havadan aparılır

Türkiyə artilleriyası və qırıcıları bazar günü səhər yenidən Suriyanın Afrin bölgəsindəki kürd silahlı birləşmələrinin (YPG) mövqelərinə zərbə endirib.

“Report” "Sabah" qəzetinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri terrorçuların mövqelərinə ümumilikdə 153 zərbə endiriblər.

"Haberturk" telekanalının məlumatına görə, Türkiyə ordusu Suriya ərazisi ilə 3,5 km irəliyə gedib və Afrində minalanmış rayonu təmizləyib.