Telman İsmayılovun biznesmərkəzinə məhkəmə qadağası


Dünya 21 Yan 2018 13:12:06 240 0

Telman İsmayılovun biznesmərkəzinə məhkəmə qadağası

Moskva Arbitraj Məhkəməsi Rusiya reyestr xidmətinə əvvəllər "Tropikano" biznes-klubu" şirkətinə məxsus olmuş bina ilə bağlı hər hansı qeydiyyat işlərinin aparılmasını qadağan edib.

Virtualaz.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu şirkət Telman İsmayılovun AST şirkətlər qrupuna daxildir.

Bununla da, məhkəmə İsmayılovun şirkətinin müflisləşməsi ilə əlaqədar "Tropikano biznes-klubu" şirkətinin müsabiqə idarəedicisi Yevgeni Pimenovun müvafiq ərizəsini təmin edib. Məhkəmə həmçinin "Yeni idarəetmə texnologiyaları" səhmdar cəmiyyətinə sahəsi 6 min kvadrat metrdən artıq olan biznes-mərkəzin binası üzrə istənilən hərəkəti qadağan edib.