Makedoniyanın yeni adı referendumda müəyyənləşəcək


Dünya 21 Yan 2018 12:04:00 253 0

Makedoniyanın yeni adı referendumda müəyyənləşəcək

Makedoniyanın yeni adı referendum nəticəsində müəyyənləşəcək.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Makedoniya baş naziri Zoran Zayev bəyan edib.

Makedoniyada referenduma çıxarılacaq yeni ad variantları hələ rəsmi olaraq açıqlanmayıb. Ancaq yerli mətbuatda Yeni Makedoniya Respublikası, Şimali Makedoniya Respublikası, Yuxarı Makedoniya Respublikası, Makedoniya Vardar Respublikası və Makedoniya Respublikası adlarının ümumxalq səsverməsinə çıxarıla biləcəyini yazıb.