İranın Xəzərdəki ən böyük gəmisi iki yerə parçalandı


Digərləri 21 Yan 2018 11:20:00 351 0

İranın Xəzərdəki ən böyük gəmisi iki yerə parçalandı

İranın ən böyük hərbi gəmilərindən biri, "Dəmavən" freqatı iki hissəyə bölünüb.

Son.az oxu.az-a istinadən xəbər verir, bununla yanaşı, ölkə rəhbərliyi gəminin cüzi zədələr aldığını bildirir.

Qeyd edək ki, İran HDQ-nin "Dəmavənd" freqatı yanvarın 10-da əlverişsiz hava şəraitində Xəzər dənizində, Bəndər-Ənzəli liman şəhərində dalğaqıranla toqquşub. Həmin gün dalğaların hündürlüyü 4 metrə çatırmış.

Hadisə nəticəsində 6 hərbçi göyərtədən dənizə düşüb, sonradan onların 3-nün öldüyü təsdiqlənib.