Türkiyə ABŞın Suriyada istifadə etdiyi aerodromu bombaladı


Dünya 21 Yan 2018 10:10:00 250 0

Türkiyə ABŞın Suriyada istifadə etdiyi aerodromu bombaladı

Türkiyə təyyarələri YPG-yə silahlandırılmasında ABŞ-ın Suriyada istifadə etdiyi "Minninq" aerodromuna zərbələr endiriblər.

APA-nın "Hurriyet"ə istinadən verdiyi xəbərə görə, "Minninq" aerodromu Afrindəki "Zeytun budağı" əməliyyatı çərçivəsində zərbələrin endiriləcəyi 113 hədəfin siyahısına əvvəlcədən daxil edilib.

Qeyd edək ki, Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.