Afrində terrorçuların 100dən çox hədəfi məhv edildi


Dünya 21 Yan 2018 09:30:00 272 0

Afrində terrorçuların 100dən çox hədəfi məhv edildi

Suriyanın Afrin bölgəsində həyata keçirilən əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələri PYD/PKK terrorçularına məxsus 108 hədəfi məhv edib.

Son.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barətə Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində "Zeytun budağı" əməliyyatına başlayıb.