ABŞ-da "Azadlıq abidəsi" ziyarətçilərin üzünə bağlanıb


Dünya 21 Yan 2018 08:23:09 277 0

ABŞ-da "Azadlıq abidəsi" ziyarətçilərin üzünə bağlanıb

ABŞ Senatında müvəqqəti büdcə ilə bağlı səsvermə yanvarın 22-ə təyin edilib

ABŞ hökuməti işini dayandırdığından Nyu-Yorkda yerləşən "Azadlıq abidəsi"nin əməkdaşları qapıları ziyarətçilərin üzünə bağlamalı olub.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, abidəni yaxından görmək istəyən turistlət biletlər əldə etsələr belə, nə abidənin özünə, nə də yaxınlığdakı parka daxil ola biliblər.

Qeyd edək ki, Konqres hökumət büdcəsinə dair razılığa gələ bilmədiyinə görə hökumət işini müvəqqəti dayandırıb.

ABŞ Senatında müvəqqəti büdcə ilə bağlı səsvermə yanvarın 22-ə təyin edilib.