20 Yanvar faciəsi qurbanlarının xatirəsi Mərakeşdə də yad olunub FOTO


Digərləri 20 Yan 2018 21:59:00 278 0

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Mərakeşdə də yad olunub  FOTO

Azərbaycanın Mərakeşdəki səfirliyində Mərakeş-Azərbaycan Dostluq qrupunun üzvləri, keçmiş SSRİ-nin ali məktəblərinin mərakeşli məzunları, yerli ictimai-siyasi xadimlər və 20 Yanvar hadisələrinin mərakeşli olan canlı şahidlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbir keçirilib.

Səfirlikdən Son.az-a bildiriblər ki, əvvəlcə tədbirdə Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfirlik tərəfindən edilən məruzədə iştirakçıların diqqətinə çatdırılıb ki, 20 Yanvar hadisəsi Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 28 il əvvəl sovet ordusunun hücumu nəticəsində qocalar, uşaqlar və qadınlar da daxil olmaqla, 147 nəfər şəhid olub, 700-dən çox insan yaralanıb, 800-dən çox insan əsassız olaraq həbs edilib.

Vurğulanıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.

Tədbirdə çıxış edən Mərakeş-Azərbaycan Dostluq qrupunun baş katibi Məhəmməd Faqiri bildirib ki, Qanlı Yanvar faciəsi keçmiş sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi ağır və unudulmaz cinayətdir və Mərakeş ictimaiyyəti tərəfindən pislənilir. Eyni zamanda, Məhəmməd Faqiri 20 Yanvarın Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını təcəssüm etdirdiyini bildirib.

Daha sonra 1990-cu ilin Qanlı Yanvar hadisələri zamanı M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alan mərakeşlilər öz xatirələri ilə bölüşüblər.


Xəbərə aid fotolar