Ərdoğanın köməkçisi: Türkiyə təkcə Afrini terrorçulardan təmizləmək niyyətində deyil


Dünya 20 Yan 2018 20:37:54 262 0

Ərdoğanın köməkçisi: Türkiyə təkcə Afrini terrorçulardan təmizləmək niyyətində deyil

Rəsmi Ankara Mənbic şəhərinin terrorçulardan azad edib onu ərəblərə təhvil vermək niyyətindədir

Türkiyə təkcə Suriyanın Afrinini yox, həmçinin Fərat çayından şərqə, İraq sərhədinədək əraziləri terrorçulardan təmizləmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin köməkçisi İlnur Çevik deyib.

"Hal-hazırda Türkiyə Silahlı Qüvvələri Afrində PKK-ya məxsus mövqelərə havadan və artilleriya qurğularından zərbələr endirir. Türkiyə "Fərat qalxanı" əməliyyatında olduğu kimi terrorçuları Suriya ilə sərhəddəki ərazilərdən vurub çıxarır. Hesab edirik, yaxın zamanda yeni əməliyyatın əsas hissəsi başlayacaq. Türkiyənin hədəfi Fərat çayından şərqə, İraq sərhədinədək ərazilərdə terrorçuları məhv etməkdir", - deyə o bildirib.

O, həmçinin əlavə edib ki, rəsmi Ankara Manbic şəhərinin terrorçulardan azad edərək onu ərəblərə təhvil vermək niyyətindədir.

Prezidentin köməkçisinin sözlərinə görə, hazırda PKK döyüşçüləri ABŞ-ın onlara verdiyi silahları yığıb Suriyanın içərilərinə doğru qaçır.