Yalan danışanları necə müəyyənləşdirmək olar?


Digərləri 20 Yan 2018 20:40:00 278 0

Yalan danışanları necə müəyyənləşdirmək olar?

Nə qədər etiraz etsəz də, kişilər məharətli yalan danışa bilirlər. Qadınlar yalan danışmır deyə bilmərik.

Bax bu məqamda "yalanın böyüyü, kiçiyi olmur" fikri özü də yalan olur. Çünki qadınla kişinin danışdığı yalan arasında kifayət qədər ciddi fərqlər olur. Bəs hər iki tərəfin yalan danışdığını necə müəyyən etmək olar?

Son.az publika.az-a istinadən yalan danışanları (kişi-qadın) ələ verən reflekslər haqqında maraqlı məlumatları təqdim edir:

Kişilər

Kişilər yalan danışanda tez-tez udqunur və öskürürlər. Bu onlara zaman qazandırır. Deməli, sizdən gizlətdiyi bir şey var. Bəylər bədən dili ilə də özlərini ələ verə bilirlər. Amerikada Bədən Dili İnstitunun rəhbəri və "Düşündüyünüzdən daha çox şey deyirsiniz" kitabının müəllifi Cenni Drayver deyir ki, "Sirri olan insan çox vacib bir şeyi itirmək qorxusu ilə yaşayır". Elə bu zaman qeyri-ixtiyari gizlədilən şey hər nədirsə onunla bağlı kiçik ipucular deyirlər.

Diqqət etsəniz xırda bir şeyi izah etmək üçün həddindən artıq geniş məlumat verirlər. Maraqlısı isə bu qədər məlumatın heç biri sizin sualınıza cavab deyil. Bir anlıq həyat yoldaşınızın sizə qarşı necə dürüst olduğunu düşünüb fəxr edə bilərsiz. Amma diqqət etsəniz, bu sadəcə "tamaşadır".