Türkiyə hərbi aviasiyası Suriyadakı mövqeləri bombalamağa başladı


Digərləri 20 Yan 2018 18:52:00 275 0

Türkiyə hərbi aviasiyası Suriyadakı mövqeləri bombalamağa başladı

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr PYD-YPG qruplaşmasının Suriyanın Afrin bölgəsindəki mövqelərini bombalamağa başlayıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, hərbi təyyarələr qabaqcadan müəyyənləşdirilmiş mövqelərə zərbə endirirlər. Hələlik təyyarələrin Suriya hava məkanına keçib-keçmədiyi məlum deyil. Türkiyə ərazisindən də Suriya içərisindəki həmsərhəd ərazilərə zərbə endirmək mümkün olduğu bildirilir. Azad Suriya Ordusu bölmələrinin isə qurudan əməliyyata başladığı xəbər verilir.