Çin Azərbaycan ərazisindən Avropaya yük daşımalarını artırıb


Digərləri 20 Yan 2018 18:35:00 288 0

Çin Azərbaycan ərazisindən Avropaya yük daşımalarını artırıb

Çinin Sintszyan-Uyğur muxtar rayonunun Urumçi şəhəri Azərbaycan ərazisindən keçməklə Avropaya yük daşımağa başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, mühəndis avadanlıqları və digər mallarla yüklənmiş qatar ötən gün Urumçidən yola düşüb.

Qeyd olunur ki, "Şərq-Qərb" dəhlizi ilə Avropaya yükü çatdırmalı olan qatar Qazaxıstanın limanında dayanacaq, daha sonra yük dəniz yolu ilə Bakıya, buradan da Avropaya çatdırılacaq.