Füzuli sakinini odlu silahla yaralayan şəxs saxlanılıb


Digərləri 20 Yan 2018 12:39:38 244 0

Füzuli sakinini odlu silahla yaralayan şəxs saxlanılıb

Yanvarın 19-da Füzuli Rayon Polis Şöbəsinə rayon sakini Yaşar İbişovun odlu silahla yaralanması barədə məlumat daxil olub.

Bakı. Yanvarın 19-da Füzuli Rayon Polis Şöbəsinə rayon sakini Yaşar İbişovun odlu silahla yaralanması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dərhal hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Y.İbişovun Qayıdış qəsəbəsində olarkən münaqişə zəminində qohumu, Fin qəsəbə sakini Cəsarət Nəbiyevin tüfəngdən açdığı atəşlə yaralanması müəyyən edilib.