Şamaxıda maskalı şəxslər evə basqın edib külli miqdarda pul apardılar


Digərləri 20 Yan 2018 11:58:00 329 0

Şamaxıda maskalı şəxslər evə basqın edib külli miqdarda pul apardılar

Yanvarın 19-da Şamaxı Rayon Polis Şöbəsinə Məlhəm kəndində yaşayan vətəndaşın evində quldurluğa məruz qalması barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, dərhal əməliyyat qrupu hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla saat 3 radələrində həmin kənddə yaşayan Gülbar Novruzovun evinə girmiş üç maskalı şəxsin onun və arvadının əl və ayaqlarını yapışqanlı lentlə bağlamaları, döyərək oradan 12.000 manat, 3000 ABŞ dolları və 100.000 rubl (2990 manat) aparmaları müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib. Şamaxı Rayon Polis Şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının peşəkarlıqla keçirdikləri tədbirlərlə həmin şəxslərdən 3-ü "isti izlər"lə Sumqayıt şəhərində, 1 nəfər isə Şamaxı rayonunda saxlanılıblar.