Süni intellektli Samsung prosessoru buraxılacaq


Digərləri 20 Yan 2018 08:11:00 268 0

Süni intellektli Samsung prosessoru buraxılacaq

"Samsung" şirkəti süni intellektə malik çipin hazırlanmasını başa çatdırmaq üzrədir. Bu barədə "Korea Herald" nəşri şirkətdaxili mənbələrə istinadən məlumat verib.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, yeni "Samsung" prosessoru gücünə görə "Apple" və "Huawei" çipləri ilə rəqabət apara biləcək.

Xatırladaq ki, "Apple" və "Huawei" şirkətləri müvafiq olaraq "A11 Bionic" və "Kirin 970" prosessorlarından istifadə edirlər. Onlar smartfona informasiyanın "bulud" saxlancından kənar analizinə, emalına və saxlanılmasına imkan verir.

Süni intellekt sahəsində geri qalmasını anlayan Cənubi Koreya istehsalçısı bu il rəqiblərə çatacağına ümid edir.