Litvanın bir neçə şəhərində 20 Yanvar şəhidləri anılıb FOTO


Digərləri 19 Yan 2018 22:52:00 271 0

Litvanın bir neçə şəhərində 20 Yanvar şəhidləri anılıb  FOTO

Ölkəmizin Litva Respublikasındakı Səfirliyinin dəstəyi və təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş sisilə tədbirlər çərçivəsində Vilnüsdə anım mərasimi keçirilib.

Səfirlikdən Son.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Litvadakı Müvəqqəti işlər vəkili Atəş Qırxıyev mərasim iştirakçılarına qanlı yanvar faciəsi ilə bağlı məlumat verib, milli hüzn günü ilə yanaşı bu faciənin Azərbaycan xalqının tarixində qəhrəmanlıq və igidlik səhifəsi olaraq qəbul edildiyini bildirilib.

Diplomatik nümayəndəliyimizin rəhbəri 20 Yanvar faciəsinə bənzər hadisələrin bir il sonra 13 yanvar 1991-ci ildə Vilnüs şəhərində də yaşandığını qeyd edərək, bu günlərdə azərbaycanlıların hansı duyğular keçirdiyini Litva xalqının yaxşı anladığını vurğulayıb.

Tədbirin aparıcısı Litvanın tanınmış müğənnisi Litva Musiqi və Teatr Akademiyasının dosenti Yudite Leitaite-nin dəvəti ilə 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

Sonra litvalı musiqiçilərin ifasında qəmli, hüznlü musiqi parçaları səsləndirilib.


Xəbərə aid fotolar