Bitkoini bu ölkənin kəşfiyyatı yaradıb İDDİA


Digərləri 19 Yan 2018 22:20:00 255 0

Bitkoini bu ölkənin kəşfiyyatı yaradıb  İDDİA

Bitkoin Amerika xüsusi xidmət orqanları tərəfindən hazırlanıb.

Son.az xəbər verir ki, bunu "InfoWatch" şirkətinin baş direktoru və "Kasperski laboratoriyası" şirkətinin həmtəsisçisi Natalya Kasperskaya bildirib.

"Bitkoin ABŞ kəşfiyyatının sürətli maliyyələşdirilməsi məqsədi ilə Amerika xüsusi xidmət orqanları tərəfindən hazırlanıb. Valyuta kursunun nəzarəti birjaların sahiblərinin əlindədir", - Kasperskayanın Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetində nümayiş edilən slaydlarından birində deyilir.