İnsult və infarkt halları nəyə görə artıb?


Digərləri 19 Yan 2018 21:30:00 286 0

İnsult və infarkt halları nəyə görə artıb?

Əhali arasında insult və infarkt hallarının artması nə ilə bağlıdır? Əhali arasında infarkt və insultdan ölüm halları nəyə görə çoxalıb? Bu problemlərin qəflətən meydana gəlməsi nədən xəbər verir?

İnsult və infarkta gətirib çıxaran əsas amillər hansılardır? Riskləri azaltmaq üçün nə etmək lazımdır?

Son.az bildirir ki, APA TV-nin "Öncə sağlıq" layihəsinin növbəti buraxılışında mütəxəssislər bu barədə sualları cavablandırıblar. 

Terapevt, tibb üzrə fəlsəfə doktoru Kəmalə Ağayeva deyib ki, insult, infarkt kimi ağır ürək patologiyalarının əsasında əsasən arterial hipertenziya dayanır: "Yəni təzyiqin yüksəlməsi, beyin qan sızmalarına, miokard infarktlarına gətirib çıxarır".

Risk amillərindən danışan K.Ağayeva deyib ki, yaş, cins və irsiyyət dəyişilməz risk faktorlarıdır: "Yerdə qalan amilləri xəstə öz iradəsinə uyğun olaraq dəyişə bilər".

Həkim risk amillərindən danışarkən qanda xolesterinin, sidik turşusu səviyyəsinin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Digər risk amilləri arasında tütün məmulatları, bəzi qidaların qəbulu, oturaq həyat tərzini də qeyd edib.