"WhatsApp"dan daha bir yenilik İNANILMAZDIR VİDEO


Digərləri 19 Yan 2018 21:33:00 264 0

"WhatsApp"dan daha bir yenilik  İNANILMAZDIR  VİDEO

Bir çox şirkətlər müştərilərinə daha əlçatan olmaları üçün çalışırlar ki, bütün onlayn vasitələrdən istifadə etsinlər. Əvvəllər əlaqə yerinə ancaq telefon nömrəsi əlavə edilirdisə, indi mail, facebook, tvitter, instagram və WhatsApp kimi sosial platformalardakı ünvanlar da yazılır. Bir çox sosial şəbəkələr isə müştəriləri üçün nisbətən üstünlüyə malik biznes platformalarını hazırlayırlar.

Son.az bildirir ki, artıq "WhatsApp" sosial şəbəkəsi də şirkətlər və biznesmenlər üçün öz yeni tətbiqini hazılayıb. "Business WhatsApp" adlandırılan proqramın adi "WhatsApp"dan bir sıra üstünlükləri var.

Biznes məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulan "business WhatsApp" da ödənişsiz olaraq təqdim edilir. Yeni proqram sayəsində həm şəxsi WhatsApp hesabını, həm də şirkətin WhatsApp hesablarını bir telefonda istifadə etmək mümkün olacaq.