Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vuruldu FOTO


Digərləri 19 Yan 2018 20:01:00 232 0

Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vuruldu  FOTO

Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.

Boks Federasiyasından Son.az-a verilən məlumata görə, Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 31 komandanın qatıldığı yarışda 140 idmançı mükafatlar uğrunda mübarizə aparıb. 4 gün davam edən birincilikdə 10 çəki dərəcəsində çempion və medalçılar bəlli olub.

Boks Mərkəzində təşkil edilən yarışda bu gün final görüşləri keçirilib. Həlledici qarşılaşmalar günü 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Turnirin komanda hesabında DİN birinci yeri tutub. İkinci pillədə "Rabitə" İK qərarlaşdığı halda, "üçlüy"ü "Gilan" İK qapayıb. Birinciliyin qalibi adını qazanan Maqsud Xasmətov (49 kq), eyni zamanda yarışın ən texnikalı boksçusu seçilib.

Yarışın bütün mükafatçıları

49 kq

1. Maqsud Xasmətov ("Abşeron" BK)

2. Vüqar Hüseynov (Ağdam)

3. Afat Babayev (Siyəzən)

3. Tacəddin Məmmədov (MOİK)

52 kq

1. Əflatun Babayev (DİN)

2. Mirmehdi Mehdizadə ("Neftçi" İK)

3. Şirxan Məlikov ("Neftçi" İK)

3. Rüfət Fətullayev ("Abşeron" BK)

56 kq

1. Məhərrəm Məhərrəmzadə (DİN)

2. Ağasəlim Mustafazadə ("Qızıl Əlcək")

3. Səbuhi Məmmədov ("Qızıl Əlcək")

60 kq

1. Nurlan Səfərov ("Rabitə" İK)

2. Vaqif Bəşirov ("Rabitə" İK)

3. Elşən Cəbizadə (DİN)

3. Ceyhun Rüstəmov (Hacıqabul)

64 kq

1. Səbuhi Abışov (MOİK)

2. Məmmədəli İsmayılov ("Gilan" İK)


Xəbərə aid fotolar