Bakı Nəqliyyat Agentliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb


Digərləri 19 Yan 2018 19:31:55 217 0

Bakı Nəqliyyat Agentliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb

Bakı Nəqliyyat Agentliyində 20 Yanvar faciəsinin 28–ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Bakı. Bakı Nəqliyyat Agentliyində 20 Yanvar faciəsinin 28–ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Agentlikdən Trend-ə verilən məlumata görə, mərasimdə ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib. 20 Yanvar hadisələrdən bəhs edən film nümayiş etdirilib. Bildirilib ki, 20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifə yazdılar.