Donald Trampın prezidentliyinin birilliyinə həsr olunan ziyafətin biletlərinin qiyməti açıqlanıb


Dünya 19 Yan 2018 18:10:16 272 0

Donald Trampın prezidentliyinin birilliyinə həsr olunan ziyafətin biletlərinin qiyməti açıqlanıb

Qiymətə ziyafətdə şam yeməyi, həmçinin ABŞ prezidenti ilə şəkil çəkdirmək daxildir

ABŞ prezidenti Donald Tramp Florida ştatındakı "Mar-a-Laqo" iqamətgahında prezidentliyinin birilliyinin şərəfinə ziyafət təşkil edəcək.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, dövlət başçısının özünün də iştirak edəcəyi qonaqlığa iki nəfərlik biletin qiyməti 100 min ABŞ dollarıdır.

Qiymətə ziyafətdə şam yeməyi, həmçinin ABŞ prezidenti ilə şəkil çəkdirmək daxildir.

Hətta 250 min ABŞ dolları məbləğində ödəniş etməklə prezidentlə eyni masada oturmaq imkanı da əldə etmək olar.