Vəziyyəti ağır olan xalq artistinin SON DURUMU


Digərləri 19 Yan 2018 17:55:00 195 0

Vəziyyəti ağır olan xalq artistinin SON DURUMU

Xalq artisti, Lənkəran Dram Teatrının aktrisası Böyükxanım Əliyeva hələ də reanimasiyadadır.

Son.az xəbər verir ki, aktrisanın kürəkəni, aktyor Qurban Məsimov yenicag.az-a açıqlamasında aktrisanın həyatı üçün təhlükənin sovuşduğunu bildirib:

"Bu gün xəstəxanada Böyükxanım Əliyevanı müayinə etdilər, ciyərləri təmiz çıxdı. Exo kardioqramma da olundu. Həkimlər dedi ki, ürəyində ciddi problemlər var, müalicə olunmalıdır. Amma ağır təhlükə sovuşub. Bununla belə, hələ bir müddət də reanimasiyada qalacaq".