DAA Moskvada toplanmağa qərar verdi


Dünya 19 Yan 2018 17:40:00 205 0

DAA Moskvada toplanmağa qərar verdi

Dünya Azərbaycanlıları Assambleyası (DAA) İdarə Heyətinin iclası keçirilib. İclasda DAA İdarə Heyəti üzvlərinin və təmsilçiliklərinin 2018-ci il martın 24-də Rusiya Federasiyanın paytaxtı Moskvada canlı şəkildə görüşməsi barədə qərar qəbul edilib.

DAA-dan Son.az-a verilən məlumata görə, toplantının əsas məqsədi Assambeyanın fəaliyyətinin gücləndirilməsi, onun fəaliyyət proqramının hazırlanması, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təmsilçiliklərindəki mövcud durumu müzakirə etmək, eləcə də beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi istiqamətində görüləcək işlərlər bağlı qərarlar qəbul etməkdir.

Görüşə dünyanın müxtəlif ölkələrindən qatılacaq olan DAA nümayəndələrinin həmçinin, Moskvada Rusiya hökumət nümayəndələri, media təmsilçiləri, siyasi partiyalar və Rusiyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının nümayəndələri ilə də görüşlər keçirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı ilkin razılıqlar da alınıb.