"CinemaPlus"da 20 yanvar hadisələrinə həsr olunmuş filmlər nümayiş olunacaq


Digərləri 19 Yan 2018 13:20:00 262 0

"CinemaPlus"da 20 yanvar hadisələrinə həsr olunmuş filmlər nümayiş olunacaq

"CinemaPlus" kinoteatrlar şəbəkəsi 20 yanvar tarixində"Qanlı Yanvar" filmini pulsuz nümayiş edəcək. Filmin rejissoru Vahid Mustafayev, baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.

Film 1990-cı ilin 20 yanvar faciəvi hadisələrindən bəhs edir. İki qardaş-kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası - Xədicədir.

Bundan əlavə, həmin gün Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynov haqqında "Xüsusi təyinatlı İbad" adlı filmin nümayişi olacaq.

Filmin qurluşçu rejissoru Natiq Novruzovdu. Baş rollarda Elçin Məmmədli və  Manaf Dadaşov çəkilib.