Olimpiya çempionunun məşqçisi: "Gənc azərbaycanlı gimnastların yaxşı hazırlıqları var" FOTO


Digərləri 19 Yan 2018 13:27:13 227 0

Olimpiya çempionunun məşqçisi: "Gənc azərbaycanlı gimnastların yaxşı hazırlıqları var"  FOTO

Gənc azərbaycanlı gimnastlarda yaxşı baza hazırlığı, duruş və gələcək üçün güc ehtiyatı var.

Son.az xəbər verir ki, bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FİG) kişi idman gimnastikası üzrə məşqçilər üçün Bakıda keçirilən birinci dərəcəli kurslar çərçivəsində polşalı olimpiya çempionu Leşek Blyanikin məşqçisi Andrey Levit deyib.

O, məşqçilik kursları haqqında da danışıb: "Məşqçilər nəzəri və praktiki hazırlıq keçir, daha sonra imtahan verir. FIG xüsusi olaraq məşqçilər üçün bu kursları təşkil edib ki, onlar yeni texnikanı başa düşsünlər. FİG-in tərkibində məşqçilərin, hakimlərin və menecerlərin tədrisi ilə məşğul olan struktur var. Bu strukturun fəaliyyəti çərçivəsində də Bakıdakı məşqçilik kursları keçirilir".

A.Levit qeyd edib ki, Azərbaycanda perspektivli gənc məşqçilər var: "Əsas odur ki, onlar öyrənmək istəyir, onlara yeniliklər maraqlıdır, biz müzakirələr aparırıq. Gənc idmançıların gözlərində alov var".


Xəbərə aid fotolar