Bakıda qadınlara qarşı cibgirlik edən 2 keçmiş məhkum saxlanılıb


Digərləri 19 Yan 2018 12:21:00 206 0

Bakıda qadınlara qarşı cibgirlik edən 2 keçmiş məhkum saxlanılıb

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində cibgirlik edən şəxslər saxlanılaraq istintaqa cəlb olunublar.

Bakıl. Samir Əli - Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində cibgirlik edən şəxslər saxlanılaraq istintaqa cəlb olunublar. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir ay ərzində - ötən il dekabrın 16-dan cari il yanvarın 16-dək olan müddətdə Bakı şəhər sakinləri olan 5 qadının ciblərindən pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb.