AMEA-nın vitse-prezidenti: 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət Heydər Əliyevin təşəbbüsü ilə verilib


Digərləri 19 Yan 2018 11:32:00 271 0

AMEA-nın vitse-prezidenti: 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət Heydər Əliyevin təşəbbüsü ilə verilib

20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qəbul edilib.

Bakı. İlhamə İsabalayeva - 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qəbul edilib. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı elmi konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.