Putin buzlu suda çimdi VİDEO FOTO


Digərləri 19 Yan 2018 11:21:00 301 0

Putin buzlu suda çimdi  VİDEO  FOTO

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Sankt-Peterburq şəhəri və Leninqrad vilayətinə səfərini başa vurandan sonra Seligerə yollanıb, Nilo-Slobenskaya kişi monastırını ziyarət edib.

Son.az TASS-a istinadən bildirir ki, Rusiyanın dövlət başçısının mətbuat katibi Dmitri Peskovun dediyinə görə, İsa Məsihin Vəftizi Bayramı münasibətilə V.Putin bayram liturgiyasına qatılıb, sonra Seliger gölündəki Vəftiz çimilməsində iştirak edib.

Havanın temperaturunun -7 olmasına rəğmən, V.Putin xaç çevirəndən sonra buzlu suda çimib.


Xəbərə aid fotolar