Maykl Cekson haqda şok iddia


Digərləri 19 Yan 2018 11:27:00 313 0

Maykl Cekson haqda şok iddia

2009-cu ildə vəfat edən dünya şöhrətli müğənni Maykl Cekson haqda inanılmaz xəbərlər yayılıb.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçinin ölmədiyi iddia edilir.

Belə ki, Mayklın qızı Paris Cekson bu yaxınlarda avtomobildə çəkdirdiyi bir şəkli izləyicilərlə bölüşüb. Fotoya diqqətlə baxdıqda arxa oturacaqda Maykl Ceksona bənzər birinin olduğunu görünür.

Şəklin həqiqi və ya montaj olduğu məlum deyil. Amma bundan əvvəl də sosial şəbəkələrdə yayılmış bir neçə fotolarda Ceksonun olduğu iddia edilmişdi.