Bakıda daha bir marşrutun hərəkət sxemi dəyişdirildi


Digərləri 19 Yan 2018 11:00:00 257 0

Bakıda daha bir marşrutun hərəkət sxemi dəyişdirildi

134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.

Bakı. 134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Fatmayı bağları (Çimərlik) – “Azadlıq prospekti” metrostansiyası istiqamətində təşkil edilən 134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Dəyişikliyə əsasən bu marşrut xətti üzrə avtobuslar Fatmayı bağları (Çimərlik) – “Sədərək” ticarət mərkəzi (son dayanacaq) istiqamətində hərəkət edəcək. Dəyişikliklə əlaqədar olaraq daşıyıcıya sərnişin tələbatına uyğun olaraq marşrut üzrə avtobusların sayının artırılması ilə bağlı göstəriş verilib. Qeyd edək ki, dəyişiklik edilməsinə səbəb 134 nömrəli marşrutun hərəkət sxeminin Goradil (Fatmayı) bağları - “Azadlıq prospekti” metrostansiyası istiqamətində təşkil edilmiş 108 nömrəli müntəzəm marşrutun hərəkət sxemi ilə (“Azadlıq prospekti” metrostansiyasından Goradil qəsəbəsinə, "Dəniz market"ə qədər) 76% (29.68 km) üst-üstə düşməsidir.