Türkiyədə avtobus qəzaya uğrayıb, 6 nəfər ölüb, 20 nəfər yaralanıb


Dünya 19 Yan 2018 10:36:42 202 0

Türkiyədə avtobus qəzaya uğrayıb, 6 nəfər ölüb, 20 nəfər yaralanıb

Qəza nəticəsində yaralılar xəstəxanaya yerləşdirliblər

Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında ölkənin Muş əyalətinin Bingöl ilə Solhan rayonları arasında baş verib.

Avtobus Hatay şəhərindən Muşa doğru gedirmiş. 

Qəza nəticəsində yaralananlar xəstəxanaya yerləşdirliblər. Hadisənin səbəbi araşdırılır.