Avropada "Frederike" fəlakəti: külək


Digərləri 19 Yan 2018 09:54:00 274 0

Avropada "Frederike" fəlakəti: külək

Avropanın şimalını vuran güclü "Frederike" qasırğası 8 nəfərin, o cümlədən 2 yanğınsöndürənin ölümünə səbəb olub.

Son.az European-a istinadən bildirir ki, həlak olan yanğınsöndürənlər Almaniyada küləyin yıxdığı ağacları və binaların damlarını yığışdırırdılar. Hollandiya və Almaniyada güclü küləyin ağacları kökündən çıxarıb yıxması, tikinti konstruksiyalarını dağıtması nəticəsində bir neçə nəfər həlak olub.

Bir nəfər idarə etdiyi mikroavtobusu güclü küləyin qarşı hərəkət zolağına çıxarması səbəbindən həlak olub.

"Frederike" qasırğası indi Polşa ərazisindədir. Sürəti 140 km/saata çatan külək səbəbindən Almaniyada uzaq məsafəli bütün qatar reysləri, habelə ölkə daxilində dəmiryolu daşımaları dayandırılıb.

Ölkədə 65 min ev işıqsız qalıb. Məktəblərin əksəriyyəti bağlanıb.

Almaniya şəhərlərindəki küçələrin çoxunda ağaclar aşdığından nəqliyyatın hərəkəti mümkünsüzdür. Onlarla maşını külək aşırıb.

Almaniyanın Köln şəhərindəki hava limanında bütün reyslər təxirə salınıb. Paderborn limanındakı terminallardan birinin damı uçduğundan təcili təlxiyə aparılıb.