Şamaxı sakini fermada həmyerlisini güllələyib öldürdü


Digərləri 19 Yan 2018 09:14:31 262 0

Şamaxı sakini fermada həmyerlisini güllələyib öldürdü

Şamaxıda qətl hadisəsi baş verib.

Bakı. Samir Əli - Şamaxıda qətl hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Acıdərə qəsəbəsi ərazisindəki fermada baş verib. Şamaxı rayonunun Sabir qəsəbə sakini, 1996-cı il təvəllüdlü Bünyadov Natiq Şirinbala oğlu rayon sakini Hacıyev Zaur Seyidağa oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində N.Bünyadov odlu silahla Z.Hacıyevi güllələyib.