Bərbər kişilərin üzünü ülgüclə qırxırsa...


Digərləri 18 Yan 2018 23:15:00 248 0

Bərbər kişilərin üzünü ülgüclə qırxırsa...

Bərbərxana üçün icarəyə yer vermək və həmin icarə haqqından istifadə etmək olarmı? Bir halda ki, bərbər kişilərin üzünü ülgüclə qırxır.

Müctəhidlərin demək olar ki, hamısının fətvasına görə kişinin ülgüc kimi dibindən qırxan alətlə saqqalını qırxması ehtiyata görə haramdır. Buna görə də həm öz üzünü qırxmaq, həm də başqasının saqqalını dibindən təraş etmək günah sayılır (saqqalı yalnız dibindən qırxmaq bura aiddir, tükləri dibindən götürməmək şərtilə maşınla qırxmaq bura aid deyil). Günah işə bağlı olan hər cür fəaliyyət növü günahdır.

Son.az islam.az-a istinadən bildirir ki, peşəsi yalnız saqqalı dibindən təraş etmək olan bərbərin işi günah sayılır, ona bu işdə yardım etmək, məsələn, icarəyə yer vermək də bəyənilmir. Amma bərbərxanada yalnız haram iş deyil, halal fəaliyyət də göstərilirsə, yəni üz qırxmaqla yanaşı saç da qırxılırsa, bu halda bərbərxana üçün icarə haqqı almaq da haram deyil.